"Miss Universe Türkiye 2024" yarışmasının qalibi bəlli olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yarışmanın qalibi 20 yaşlı Ayliz Duman seçilib.

O, noyabr ayında Meksikanın Mexiko şəhərində təşkil olunacaq 73-cü "Miss Universe 2024" gözəllik yarışmasında Türkiyəni təmsil etmək hüququ qazanıb.

1.75 boyunda olan Ayliz Duman ingilis və alman dillərini bilir.

Həmçinin, yarışmada 2-ci yerdə İlayda Anık, 3-cü yerdə Sude Alkan, 4-cü yerdə Ezgi Yalçın, 5-ci yerdə isə Menekşe Aras qərarlaşıb.

Zərifə Nağıyeva