Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatdan cibgirlik etməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

DİN-dən "Unikal"a bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, R. İsmayılov şəhərdaxili marşrutların birində  vətəndaşın cibindən 200 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb.

undan başqa şübhəli şəxs saxlanılan zaman üzərindən narkotik maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.