Basketbol üzrə Avroliqada III turun oyunlarına yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son matçında İspaniya nəhəngi "Barselona" doğma meydanda "Monako" (Fransa) ilə qarşılaşıb. Görüş ev sahiblərinin 86:71 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Barselona" 2-ci, "Monako" isə 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə Serbiyanın "Srvena Zvezda" komandası başçılıq edir.
Turun daha əvvəl reallaşan oyunlarında "Fənərbağça" (Türkiyə) "Srvena Zvezda"nı (Serbiya) 57:76, "Anadolu Efes" (Türkiyə) "Makkabi Tel-Əviv"i (İsrail) 91:93, "Real Madrid" "Baskonia"nı 76:72 (hər ikisi İspaniya),"Partizan" (Serbiya) "Bavariya"nı (Almaniya) 86:78, "Alba Berlin" (Almaniya) "Lion-Villeurbanne"nı (Fransa) 84:79, "Olimpiakos" (Yunanıstan) "Olimpia Milano"nu (İtaliya) 89:68, "Paris" (Fransa) "Panatinaikos"u (Yunanıstan) 84:80, "Zalgiris Kaunas" (Litva) "Virtus Bolonya"nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.