Romanın simvollarından biri olan Trevi fəvvarəsinə ziyarət ödənişli olacaq.
"Unikal" xəbər verir ki, Trevi fəvvarəsinin bərpadan sonra ziyarəti pullu olacaq.
Romanın simvolik tikililərindən biri olan Trevi fəvvarəsi hərtərəfli bərpa edilir. On ilə yaxındır baxımsız qalan fəvvarə yığılmış ərp, çirk və alaq otlarından təmizlənərək əvvəlki görkəminə qaytarılacaq.
Romanın yüksək səviyyəli turizm rəsmisi Alessandro Onorato, ifrat turizmin mənfi təsirlərini azaltmaq üçün bu fəvvarəyə simvolik bir ödəniş almağı təklif edib. Onorato bunun fəvvarənin qorunub saxlanmasına töhfə verəcəyini, eyni zamanda, Roma sakinlərinin şəhərin mərkəzində daha rahat yaşaya biləcəklərini bildirib.
Qeyd edək ki, 250 ildən artıqdır Romanın simvoluna çevrilən Trevi fəvvarəsi xüsusilə 1960-cı ildə çəkilmiş "La Dolce Vita" filmi kimi məşhur filmlərdə çəkildikdən sonra şöhrət qazanıb.
Rəvayətə görə, sağ əlini sol çiyninə qoyaraq burdakı bulağa sikkə atan şəxsin Romaya geri gələcəyi, iki sikkə atanın eşqi tapacağı, üç sikkə atanın isə evlənəcəyi mənasına gəlir.
Zərifə Nağıyeva