Almaniya kansleri Olaf Şolts Ukraynada ədalətli sülhə dair Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, kansler bu barədə Bundestaqda Aİ liderlərinin qarşıdan gələn sammiti münasibəti ilə çıxış edərkən deyib.
Şolts açıqlamasında aydın prinsiplərə riayət etməyin vacibliyini vurğulayıb: "Qərarlar heç vaxt Ukraynanın başı üzərində və ən yaxın tərəfdaşlarımızla koordinasiya olmadan qəbul edilməyəcək".
Eyni zamanda kansler əlavə edib ki, hər gün saysız-hesabsız rus əsgərləri Rusiya prezidentinin imperialist çılğınlığının qurbanına çevrilirlər: "Onlar ölkəni genişləndirməyə yönəlmiş siyasətin qurbanıdırlar".
Ağarza Elçinoğlu