KXDR cənub qonşusu ilə ərazi demarkasiyası siyasətinin tərkib hissəsi olaraq Koreya yarımadasının şərqində və qərbində Koreya Respublikası ilə avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.
"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, Koreya Xalq Ordusunun Baş Qərargahı açıqlamasında "Cənub sərhədinin şərq və qərb rayonlarında KXDR ərazisində Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarının tamamilə fiziki olaraq kəsilməsi” üçün tədbirlər görülüb", - qeyd olunub.
Oktyabrın 15-də ölkənin şərqində Qanqvon əyalətinin Qamho və qərbində Donnae kəndində uzunluğu 60 m olan yol hissələri partladılıb. KCNA izah edir ki, bu qərar konstitusiyanın tələblərinə və “düşmən qüvvələrin” təxribatları nəticəsində Koreya yarımadasında hərbi-siyasi “müharibə həddinə çatan vəziyyətə” uyğun olaraq qəbul edilib. Torpaq və Ətraf Mühitin Mühafizəsi Nazirliyi yolun partladılmasının ətraf mühitə mənfi təsir göstərmədiyini təsdiqləyib. Səlahiyyətlilər qeyd ediblər ki, partlayış nəticəsində nəqliyyat kommunikasiyaları “əsaslı şəkildə kəsilib”.
Gülayə Mecid