Şimali Koreya Cənubi Koreyanı ölkə konstitusiyasına edilən dəyişikliklə ilk dəfə olaraq "açıq şəkildə düşmən dövlət" elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreyanın konstitusiyaya etdiyi düzəlişlə Cənubi Koreyanın ilk dəfə olaraq "açıqcasına düşmən dövlət" olaraq təyin edilib.
Qeyd edək ki, məlumatda oktyabrın 15-də Koreyaları birləşdirən bəzi yolların partladılması da vurğulanaraq bu qərarın konstitusiya dəyişikliyinə uyğun olaraq "qaçınılmaz və qanuni" tədbirlər olduğu bildirilib.
Həmçinin, Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü Pxenyanın cənub sərhədlərini daimi olaraq gücləndirmək üçün tədbirlər görməyə davam edəcəyini qeyd edib.
Zərifə Nağıyeva