Tailandda dördüncü arvad qısqanclıq zəminində ərinin beşinci arvadını güllələyib.
"Unikal" xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.
Hadisə ölkənin cənubundakı Nakhon Si Thammarat əyalətindəki plantasiyalardan birində baş verib. 37 yaşlı tailandlı Thanyaporn əri Çatçayın beşinci arvadı olan 40 yaşlı Vassananı güllələyib. Qadın daha sonra polisə təslim olub.
Məlum olub ki, kişi Vassana ilə daha çox vaxt keçirdiyi üçün qadınlar mübahisə edib. Çatçay vəziyyəti sakitləşdirmək üçün evə silah gətirib və atəş açıb. Lakin bu qadınların sakitləşməsinə səbəb olmayıb.
Dava zamanı Thanyaporn silahı kişinin əlindən alıb və tətiyi bir neçə dəfə çəkib. Vassana boynundan, kürəyindən və ayağından güllə yaraları alıb. Həkimlər onu xilas edə bilməyiblər.
Seymur Əli