Rusiya hərbi cəhətdən məğlubedilməzdir.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
"Kansler Şoltsla danışıqlar zamanı dediyim kimi, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Bu, Rusiyanın hərbi potensialını, ölkə əhalisinin prezident Putinin siyasətinə dəstəyini təsdiq edən faktdır. Buna görə də biz sülh yolu ilə həll variantlarını axtarmağı və Çin və Braziliya da daxil olmaqla bütün dövlətlərin real planlarını dəstəkləməyi zəruri hesab edirik", - deyə o bildirib.
Tokayevin sözlərinə görə, başqa yol yoxdur: "Alternativ qarşılıqlı məhv müharibəsidir. Ola bilsin ki, bəzi dünya gücləri bununla maraqlansın, amma bu, uçuruma aparan yoldur".
Ağarza Elçinoğlu