"Ermənistanın gələcəyinə 2018 və ya 2019-cu illərlə müqayisədə daha nikbin baxıram".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Renderforest” şirkətində çıxışı zamanı deyib.
"Bu, onunla əlaqədardır ki, 2018, 2019-cu illərdə mən gələcək haqqında, gələcəyə aparan yollar haqqında düşünərkən, bütün o yollardan keçərkən davamını görməyərək, düşüncə müstəvisində dalana girmişdim", - baş nazir bildirib.
Ağarza Elçinoğlu