İsrail hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) sisteminə "bütün cəbhələrdə" hücum edir.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrel bildirib.
Borrell əlavə edib ki, İsrail hökuməti təşkilatın baş katibi Antonio Quterreşi antisemit, BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyini (UNRWA) terror təşkilatı hesab edir. Diplomatiya rəhbərinin sözlərinə görə, bu, BMT-yə geniş hücumdan xəbər verir.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livanda yerləşən BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) yəhudi dövlətini şiə radikal "Hizbullah" hərəkatının hücumlarından qorumadığını bildirib.
Gülayə Mecid