Ukrayna prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərindən heç biri onun "Qələbə planı"nı dəstəkləməsə belə, Ukraynanın Rusiya işğalına qarşı mübarizəni davam edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, "Qələbə planı"nı Avropa İttifaqı (Aİ) liderlərinə təqdim etmək üçün Brüsseldə olan Volodimir Zelenski Ukraynanın ikinci sülh sammitinə hazırlıqlarını davam etdirəcəyini bildirib.
Xatırladaq ki, Zelenski ötən həftələrdəki səfərləri zamanı Qərb müttəfiqləri ilə görüşdükdən sonra gözlənilən “Qələbə planı”nı Ukrayna parlamentinə təqdim edib.
Zərifə Nağıyeva