Onlarla Moldovalı gənc Moskvada prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı konstitusiya referendumu ərəfəsində etiraz aksiyaları təşkil etmək üçün təlim keçib.
"Unikal" "NewsMaker" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kişinyov Baş Polis Müfəttişliyinin rəhbəri Viorel Cernautanu oktyabrın 17-də keçirdiyi brifinqdə bildiriblər .
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bir neçə aydır ki, oktyabrın 20-nə təyin edilmiş prezident seçkiləri və referendum ərəfəsində kütləvi iğtişaşlar planlaşdıran cinayətkar qrupun hərəkətlərini izləyib.
Məlum olub ki, Moldovadan onlarla gənc mədəniyyət və turizm proqramında iştirak etmək adı ilə Moskvaya səfər edib. Təlim zamanı onlara etiraz aksiyalarının və təhlükəsizlik qüvvələri ilə qarşıdurmanın texniki xüsusiyyətləri barədə məlumat verilib. Bundan əlavə, gənclərə partlayıcı maddələrin hazırlanması, uçan pilotsuz təyyarələr və təxribat üçün digər üsullar öyrədilib.
Gülayə Mecid