Belçikada hökumətin formalaşdırılması üzrə işlər dördüncü aydır davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iyun ayında Belçikada keçirilən seçkilərin qalibi Flaman millətçisi Bart De Vever hökumət qurmaq üçün səylərini davam etdirir.
Məlumata görə, Kral Filipin De Veveri sarayda qəbul etdiyi və hökumətin qurulması səyləri ilə bağlı son vəziyyətlə bağlı hesabatını dinlədiyi bildirilib. Açıqlamada kralın De Veverdən araşdırmaları məqbul bir müddət ərzində tamamlamasını və noyabrın 4-də yeni hesabat təqdim etməsini istədiyi bildirilib.
Bart De Vever seçkinin qalibi olduğu üçün iyunun 9-da keçirilən seçkidən sonra kral tərəfindən hökuməti qurmaq tapşırılıb.