"Real"da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kilian Mbappe bütün komanda yoldaşlarını qabaqlayıb.

Fransalı hücumçu ötən ay Madrid klubunda 5 oyuna çıxıb və 6 qol vurub.

Xatırladaq ki, Mbappe son günlər zorlamada ittiham olunur. O, məhkəmə tərəfindən təqsirli bilinərsə, 6 ilədək həbs cəzası ala bilər.