Rusiya Futbol İttifaqının Məşqçilər Akademiyasının direktoru Sergey Ovçinnikov "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolaya akademiyada leksiya keçmək üçün dəvət göndərdiklərni açıqlayıb.

"Unikal" xəbər verir ki, "sport24.ru" onun sözlərini belə çatdırıb:

"Qvardiolanı dəvət etməyi çox istəyirdik. Onunla əlaqə saxladıq və bu mövzuda danışdıq. Qvardiola indi vaxtının olmadığını, amma sonra böyük məmnuniyyətlə təklifi qəbul edəcəyini dedi. O, artıq razılıq verib. Gec-tez gələcək".