Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə yekun vurulub.
"Unikal" xəbər verir ki, yarışın son günündə Azərbaycan milli komandasının aktivinə daha bir medal yazılıb. 13 yaşlı idmançıların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb.
Xatırladaq ki, yarışın ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü.
Qeyd edək ki, beynəlxalq yarışda 29 ölkənin idmançıları mübarizə aparıblar.