Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Görüş “3+3” platformasının xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq. Mirzoyanla türkiyəli həmkarı Hakan Fidan arasında da danışıqlar planlaşdırılır.
Regional platformanın iclası zamanı türkiyəli nazir İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması prosesinə dəstək verəcəyini bəyan edəcək.