Niderland Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Niderlandın baş naziri Dik Sxof “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, vəsait Danimarka, Niderland və Çexiyanın döyüş sursatı tədarükü ilə bağlı birgə təşəbbüsü çərçivəsində ayrılacaq.


"Niderland artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayıracaq. Bununla da biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik", - Sxov əlavə edib.