Türkiyənin “Alanyaspor” klubunun və Cənubi Koreya millisinin hücumçusu Hvanq İy Co böyük ölkəsində qalmaqalla gündəmdədir.
"Unikal" fanat-a istinadən xəbər verir ki, futbolçunu həbs cəzası gözləyir.
BBC-nin məlumatına görə, 31 yaşlı oyunçu iki qızın razılığı olmadan, gizli şəkildə intim səhnələr çəkdiyinə görə 4 il həbs cəzası ala bilər. Qalmaqal, videolardan birinin keçmiş sevgilisi tərəfindən şantaj məqsədi ilə yayımlanmasından sonra yaranıb. Doğrudur, Hvanq İy buna görə məhkəməyə müraciət edib və qadın üç il müddətinə azadlıqdan məhrum olunub.
Ancaq sonradan Hvanqın özü də istintaqa cəlb olunub. Onun daha iki tanışı futbolçudan şikayət edərək onların icazəsi olmadan intim həyatlarını lentə aldığını bildirib. Dünən Seulda məhkəmə iclası keçirilib və Hvanq İi Co günahını etiraf edib. Futbolçu bütün diqqətini futbolçu karyerasına yönəldəcəyini bildirib. Məhkəmə hələlik yekun qərar verməyib.
Cənubi Koreya Futbol Federasiyası artıq onu milli komandadan qovub. Hvanq ölkəsinin əsas komandasında 62 oyun keçirib və 19 qol vurub.
Koreyalı hücumçu bu mövsüm Türkiyə Super Liqasında 3 matça çıxaraq 2 qol vurub. Avropada o, "Bordo", "Norviç" və "Olimpiakos"dakı çıxışları ilə tanınır.