İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın öldüyünü rəsmən təsdiqləyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağında son əməliyyatlardan birində HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın fələstinli radikal qrupların məhv edilmiş üzvləri arasında olub-olmaması ilə bağlı məlumatları yoxladığını bildirmişdi.
"İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti təsdiq edir ki, bir il davam edən təqibdən sonra dünən, 16 oktyabr 2024-cü il tarixində Cənub Komandanlığının İsrail ordusunun əsgərləri HƏMAS terror təşkilatının lideri Yəhya Sinvarı öldürüb. Bu, ölkədə keçirilən əməliyyat zamanı baş verib. Qəzza zolağının cənubunda Yəhya Sinvar 7 oktyabr qırğınını planlaşdırıb həyata keçirib, həm müharibədən əvvəl, həm də müharibə zamanı öz qanlı ideologiyasını təbliğ edib və bir çox israillinin öldürülməsindən və qaçırılmasından məsul olub”, - deyə məlumatda bildirilir.