Giza piramidasının zirvəsinə qalxan it sağ-salamat yerə qayıdıb.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, sözügedən itin 138 metr hündürlüyündə olan Xeops ehramına necə çıxması hələ də müzakirə mövzusudur. Onun təxminən 40 mərtəbəli bina hündürlüyündə olan piramidada sağ qalması gözlənilməz idi.
Qeyd edək ki, Xeops ehramına qalxmaq istəyən şəxs 100 min Misir funt-sterlinqinə qədər (2060 dollara qədər) cərimə ilə üzləşə bilər.
Bu hadisədən sonra insanlarda yaxınlığında bir neçə piramidanın, eləcə də Böyük Sfinksin yerləşdiyi Giza şəhər hakimiyyətinin memarlıq və arxeoloji irsin təhlükəsizliyini lazımi qaydada təmin edə bildiyinə şübhələr yaranıb.
Xeops Piramidası və ya Böyük Giza Piramidası Misir piramidalarının ən böyüyü, Qədim Misirin memarlıq sənəti abidəsidir. Bu, dünyanın Yeddi Möcüzəsindən bu günə qədər gəlib çatmış yeganə ehramdır və onun yaşı təxminən 4,5 min il qiymətləndirilir.