Sankt-Peterburqda sərnişinlərin olduğu qayıq batıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Admiralteyski rayonunda, Kryukov kanalında baş verib. Qayıq körpünün dayağına çırpılıb və daha sonra batmağa başlayıb. Xilasedicilər hadisə yerinə gəliblər. Bu arada ikinci kater demək olar ki, tamamilə suya batıb.
İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri 3 nəfəri xilas edə bilib və həkimlərə təhvil veriblər. Onların xəsarət alıb-almaması barədə məlumat verilmir.
Araşdırma aparılır.