Kameron Diaz uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq on illik fasilədən sonra kinoya qayıtmasından danışıb.
"Unikal" xəbər verir ki, Kaliforniyada keçirilən "Fortune" jurnalının Ən Güclü Qadınlar Sammitində iştirak edən 52 yaşlı aktrisa bunları deyib:
"Bu, sadəcə etməli olduğum bir şey idi. Öz həyatımı geri almaq üçün bunu doğru qərar kimi hiss etdim. Mən sadəcə başqa heç nə ilə maraqlanmırdım. Heç kimin fikri, uğuru, təklifi mənim fikrimi dəyişdirə bilməzdi. Özümə qulluq etmək və həqiqətən sahib olmaq istədiyim həyatı qurmaq qərarına gəlmişdim".