Ukrayna lideri Volodimir Zelenski münaqişəyə görə məsuliyyət daşıyır və münaqişənin başlamasına mane olmalı idi.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp deyib.
"Zelenski indiyə qədər gördüyüm ən böyük satqınlardan biridir", - deyə Tramp qeyd edib.
O xatırladıb ki, hər dəfə Ukrayna lideri meydana çıxanda Amerika hakimiyyəti ona 100 milyard dollar ayırır, Tramp “tarixdə heç kimin” belə pul almadığını vurğulayıb.
Tramp qeyd edib ki, yerli əhali üçün “çox təəssüf edir”.
O, münaqişəni “uduzmuş müharibə” hesab edib və əlavə edib ki, Ukrayna “artıq əvvəlki kimi deyil”.