Türkiyədə avtobus aşıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Aksaray-Ankara avtomobil yolunda avtobus idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Zərifə Nağıyeva