HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra hərəkatın rəhbəri vəzifəsini Xalid Meşal icra edir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Meşal bundan əvvəl Fələstin xaricində hərəkata rəhbərlik edirdi: "Meşal hərəkatın rəhbərinin səlahiyyətlərini icra edən rolunu öz üzərinə götürüb və indi danışıqlarda iştirak edən əsas tərəflərlə və məhbuslarla problemlərin həllində bütün əlaqələrə cavabdehdir".
HƏMAS rəhbərliyi Sinvarın ölümü ilə bağlı Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb.
Ağarza Elçinoğlu