Rusiyanın Saxalin vilayətinin Korsakov limanında “Qriqori Lovtsov” adlı yük gəmisi batıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub: "Yüklənmə zamanı gəmi əyilib və çevrilib. Gəmidə yeddi ekipaj üzvü olub. Üç nəfəri xilas etmək mümkün olub, dörd nəfərin taleyi hələlik məlum deyil".
Limarenko əlavə edib ki, hazırda limanda axtarış-xilasetmə əməliyyatı aparılır. Hadisə yerində iki yedək gəmisi və bir xilasedici gəmi işləyir.
Ağarza Elçinoğlu