"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun transfer siyasətindən danışıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Biz satmağı bilirik, əgər kimsə oyunçularımızı almaq istəyirsə, yaxşı təklif verməlidir. Amma biz istəyirik ki, “Barselona”da oynayanlar kluba və bir-birlərinə hörmət etsinlər. Kluba Yamalı 250 milyon avroya satmağı təklif etdilər, amma mən yox dedim", - o qeyd edib. 

Daha əvvəl mətbuatda PSJ-nin Lamin Yamala görə "mavilər"ə 250 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı. Transfermarkt 17 yaşlı futbolçunun transfer dəyərini 150 milyon avro qiymətləndirir.

Ağarza Elçinoğlu