Cənubi Qafqazdakı problemlər sülh yolu ilə həll edilməlidir.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda “3+3” platformasının iclasından əvvəlki açıqlamasında bildirib.
"Sessiyada iştirak etməyəcək Gürcüstan istisna olmaqla, digər ölkələr Qafqaz regionunun problemləri ilə bağlı danışıqlar aparmaq və səyləri əlaqələndirmək əzmində olduqlarını nümayiş etdiriblər. Biz əmin olmalıyıq ki, siyasi razılaşmalar regiona sülh və sabitlik gətirsin", - deyə Əraqçi qeyd edib.
Ağarza Elçinoğlu