İlon Mask Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirib.
"Unikal" xəbər verir ki, Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk dəfə təkbaşına seçki mitinqini keçirib.
O, Filadelfiyadakı məktəbin auditoriyasında keçirdiyi mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçib səs verməyə çağırıb. Mitinqə qatılanların ailələrini və dostlarını səs verməyə çağıran Mask, “Mən əvvəllər siyasi cəhətdən aktiv deyildim, amma indi siyasi cəhətdən aktivəm, çünki Amerikanın və sivilizasiyanın gələcəyinin təhlükə altında olduğunu düşünürəm”,- deyə bildirib.
Xatırladaq ki, Mask bundan əvvəl də oktyabrın 5-də Trampın mitinqində iştirak etmiş və Respublikaçılar Partiyasının namizədini dəstəkləmişdi.
Zərifə Nağıyeva