Çin prezidenti Si Cinpin oktyabrın 22-24 -də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Rusiyaya gələcək.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 22-dən 24-dək BRİKS liderlərinin XVI sammitində iştirak etmək üçün Kazan şəhərinə səfər edəcək", - o vurğulayıb.