Bir qrup terrorçu İsrail ərazisinə daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
Bəyanatda qeyd olunur ki, ölkə ordusu İordaniya ilə sərhəddə pozucuları aşkar edib. Bundan sonra əsgərlərlə terrorçular arasında atışma olub.
"IDF hərbçiləri hadisə yerinə göndərilib və iki terrorçu zərərsizləşdirilib”, - mətbuat xidməti bildirib.
Onlar əlavə ediblər ki, hazırda İsrail və İordaniya sərhədindəki ərazi yəhudi dövlətinin hərbçiləri tərəfindən yoxlanılır. Onlar sızan qruplaşmanın digər üzvlərinin buraya sığınıb-sığınmadığını yoxlayırlar.