Kazanda keçiriləcək BRİKS sammitindən sonra Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişi imzalanacaq.
"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.
"Hərtərəfli əməkdaşlıq haqqında saziş BRİKS sammitindən sonra Pezeşkianın Moskvaya səfəri zamanı imzalanacaq", - diplomat deyib.
Cəlali qeyd edib ki, saziş Kazanda keçiriləcək BRİKS sammitində imzalanmaq üçün hazır olacaq, lakin Aşqabadda Putin və Pezeşkian sənədin ayrıca səfər zamanı imzalanacağı barədə razılığa gəliblər.
Cəlali xatırladıb ki, Rusiya prezidenti İran dövlət başçısını Rusiya Federasiyasına səfərə dəvət edib və İran prezidenti dəvəti qəbul edib.
Ağarza Elçinoğlu