Amerikalı milyarder İlon Mask Osloda Norveç dövlət neft fondunun rəhbəri Nikolay Tangen tərəfindən təşkil edilən işgüzar şam yeməyinə qatılmaqdan imtina edib. Buna səbəb iştirakın çox baha başa gələcəyi bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə "E24" qəzeti məlumat yayıb.
Neft Fondunun kommunikasiya direktoru qəzetə deyib: “Mask iştirak etməyin onun üçün çətin və bahalı olacağını söylədi".
"E24"ə görə, görüş 2025-ci ilin aprelində baş tutmalıdır. Ferrari, Novo Nordisk, Nestle, DoorDash və Adidas şirkətlərinin rəhbərləri də iştiraka dəvət olunub. İmtina etməzdən əvvəl Musk Tangenə nahar təklifinin "yaxşı səsləndiyini" söyləyib.
“Forbes” jurnalının məlumatına görə, İlon Mask üçüncü il dalbadal ən varlı amerikalılar siyahısına başçılıq edir.