Rusiya Federasiyası, İran və Türkiyə xarici işlər nazirliklərinin rəhbərləri Ermənistan və Azərbaycana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” Cənubi Qafqaz regional əməkdaşlıq platformasının İstanbulda keçirilən iclasında deyib.
O əlavə edib ki, tərəflər maraq göstərərsə, Rusiya və İran Ermənistan-Azərbaycan nizamlanmasına dəstək verməyə hazırdır.
Ağarza Elçinoğlu