Müğənni Leyla Rəhimova ona təhqir yazan sosial şəbəkə istifadəçisini polisə şikayət edib.
"Unikal" xəbər verir ki, bu haqda ifaçı "Xəbərin var?" proqramında danışıb. O bildirib ki, yutubda saxta adla kanal açan bir nəfər onunla bağlı videolara təhqir yazıb:
"Yutubda bir kanal açılmışdı, qəsdən edilmişdi. Ancaq mənim videolarımın altından bilərəkdən pis şeylər yazırdı. Hər ay da adını dəyişirdi. Polisə müraciət etdim. Amma tapılmadı. Çünki dedilər kanal başqa ölkədə açılıb, mümkün deyil".