Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirib.
"Unikal" xəbər verir ki, Hakan Fidan Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan ilə görüşüb.
Görüşlərdə ikitərəfli münasibətlər və regionda normallaşma prosesi ətrafında fikir mübadilələri aparılıb.
*** 17:25
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “3+3” regional platforma sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ikitərəfli görüş keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, eyni tədbir çərçivəsində bu gün İstanbulda Ermənistan və İranın xarici işlər nazirləri bir sıra məsələləri müzakirə ediblər.
Ağarza Elçinoğlu