Rusiyanın Vladivostok vilayətində 3 erməni onlara yol verməyən avtomobili atəşə tutublar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hüquq müdafiəçisi və siyasətçi Maksim Çixunov bildirib ki, ermənilər onları görməyən cütlüyün yolunu kəsiblər. Daha sonra onlar avtomobilə atəş açmağa başlayıblar.
Rusiya Daxili İşlər Nazirliyinin Primorsk şəhəri üzrə mətbuat xidməti hadisə faktını təsdiqləyib. Təhlükəsizlik qüvvələri atəş açan şəxsin kimliyini müəyyən edib. Onun travmatik silahı olan 28 yaşlı erməni olduğu üzə çıxıb. O, saxlanılıb.
Ağarza Elçinoğlu