Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata əsasən, Suriyanın şimalında, Fərat Qalxanı bölgəsində müəyyən edilən PKK/YPG terror təşkilatının 3 üzvü zərərsizləşdirilib.
"Gücünü uca millətimizdən alan Türk Silahlı Qüvvələri terrorçulardan təmizləmə əməliyyatlarına fasilə vermədən davam edir. Bölgədə bir nəfər belə terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.