Rusiyanın baş naziri Mixail Mişustin iqtisadiyyat nazirinin birinci müavini İlya Torosovu tutduğu vəzifədən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Mişustin sərəncam verib.
“İlya Eduardoviç Torosov onun xahişi ilə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin birinci müavini vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
2018-ci ilin martından 2022-ci ilin fevralına qədər Torosov Rusiya Federasiyası nazirinin müavini vəzifəsində çalışıb. 2022-ci il martın 1-də o, iqtisadi inkişaf nazirinin birinci müavini təyin edilib.