Rusiya və Ukrayna 95-95 formatında əsir mübadiləsi aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Azadlığa çıxan bütün rusiyalı əsirlər Belarusdadırlar, onlara lazımi tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir. Daha sonra müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
Mübadilə zamanı Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik səylərini təmin etdiyi qeyd edilir.