Kubanın Energetika Nazirliyi adadakı böyük elektrik stansiyalarından birinin nasazlığından sonra milli elektrik şəbəkəsinin bağlandığını açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hökumət səhər saatlarında məktəbləri bağlayıb. Ölkədəki administrasiya da dövlət işçilərini evlərinə göndərməli olub.
10 milyondan çox insanın yaşadığı adada bütün vacib olmayan dövlət xidmətləri dayanıb.
Ölkənin əsas gəlir mənbələrindən biri olan turizm sektoru da kəsilməyə məruz qalıb. Səlahiyyətlilər gecə klubları da daxil olmaqla əyləncə və mədəni fəaliyyətlərin dayandırılmasını əmr edib.