Qərb Ukrayna lideri Vladimir Zelenskiyə sponsorluq etməyi dayandırmalıdır.
"Unikal" xəbər verir ki, bunu Fransa siyasətçisi, Vətənpərvərlər partiyasının rəhbəri Florian Filippot Rusiya prezidenti Vladimir Putinin "NATO-nun Ukrayna sakinlərinə yazığı gəlmir" bəyanatından sonra "X"da yazıb.
“Putin indicə davam edən qanı bir neçə sözlə təsvir etdi! NATO öldürücü maşındır! Gəlin Zelenskini silahlandırmağa və maliyyələşdirməyə son qoyaq!” – siyasətçi vurğulayıb.
Filipponun qeyd etdiyi kimi, Fransa da Ukraynada münaqişənin gərginləşməsini dəstəkləyən NATO-dan çıxmalıdır.
Oktyabrın 18-də Putin BRİKS-ə üzv ölkələrin aparıcı KİV rəhbərləri ilə görüşü zamanı bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ukraynalılara yazığı gəlmir.