Daşkəsən rayonuna payızda ilk qar yağıb.
"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Daşkəsən rayonun ucqar kəndlərinə yağan yağışdan sonra qar yağmağa başlayıb. Axşam saatlarından indiyədək qarın yağması hələ də davam edir.
Tural Əhmədov
Payız ayında Daşkəsən rayonuna qar yağıb pic.twitter.com/XDRq7F1TVF
— Unikal.az (@UnikalOrgPortal) October 19, 2024