"Azərbaycanlı həmkarımla iki görüşümüz oldu və deməliyəm ki, görüşlər kifayət qədər başa düşülən və kifayət qədər konstruktiv keçdi və ikinci görüşdə mən xahiş etdim, təklif etdim ki, məhbuslarla bağlı məsələni parlament səviyyəsində müzakirə edək və buna imkanımız olsun".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Azatutyun" radiosuna verdiyi müsahibədə deyib.
O, qeyd edib ki, parlament səviyyəsindəki danışıqlara görə ən azı 3 məhbus Ermənistan Respublikasına qayıdacaqdı: "Həmkarım isə dedi ki, baxıb cavab verəcək. Sonra Xanım Qafarova ilə Düşənbədə olduq və 3 gün müxtəlif tədbirlərdə birlikdə iştirak etdik və heç bir halda görüşəcəyimiz barədə məlumat almadım. Yalnız biz artıq Cenevrəyə yola düşəndə təyyarədəki köməkçilərim dedilər: Bilirsiniz, biz Cenevrəyə gedirik, amma görüş ləğv edilib. Düzünü desəm, bu, mənim üçün təəccüblü və ağrılı idi".
Erməni spikerin sözlərinə görə, cavab olaraq qarşı tərəfə deyilib ki, görüşün ləğv edilməsinə səbəb Simonyanın bəzi açıqlamaları və Frankofoniya zamanı baş verənlər və s. olub: "Köməkçim ifadənin nədən ibarət olduğunu öyrənməyə çalışdı, amma mən bəyanatın nədən ibarət olduğunu təxmin edirəm".
Ağarza Elçinoğlu