Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Bu səbəbdən tərəflərin duelini 6 xallıq görüş kimi qiymətləndirmək olar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.

Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq. I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırkı yer aldığı 9-cu pillədən qurtulmaq üçün xal və ya xallar qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.