“İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyununa çıxıb.
"Unikal" xəbər verir ki, komanda “Nyu-İnqlend Revolüşn”la qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib.
Oyunda məşhur futbolçular Lionel Messi het-trik, Luis Suares isə dubl edib. Komandanın digər qolunu isə Benjamin Kremaski vurub.
Həmçinin bu gün 32-ci turda - oktyabrın 3-də çempionluğu rəsmiləşdirən "İnter Mayami"yə MLS-in kuboku da təqdim olunub.
Klubun sahibi Devid Bekhem kapitan Lionel Messiyə çempionluq kubokunu təqdim edib və komandanı təbrik edib.
Bundan əlavə, Messiyə klub tarixinin 1 mövsümdə ən çox qol vuran (33 qol) futbolçusu kimi mükafat da verilib.