Biz Azərbaycan xalqı ilə böyük qürur hissi keçiririk.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu Gürcüstandan olan səyyah Sevda Muzaşvili deyib.

"Mən burada olmaqdan nə qədər xoşbəxt olduğumu və Azərbaycanın doğma torpaqlarını geri qaytarmasından nə qədər məmnun olduğumu sözlə ifadə edə bilmirəm", - S.Muzaşvili bildirib.

Səyyah qeyd edib ki, gələcəkdə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə məmnuniyyətlə səfər edəcək. "Fürsət düşən kimi yenidən buraya gələcəyəm", - o vurğulayıb.