Almaniyanın 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” səfərdə “Qroyter”lə qarşılaşır.

Derbi matçın 13-cü dəqiqədə Emreli təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. 18-ci dəqiqədə “Nürnberq” Tzimasın qolu ilə 2-ci dəfə fərqlənib.

Hazırda oyunda 1-ci hissədir.